-
- 24-12-2018, 17:39
- 1 004
Rusiyada azərbaycanlı sevdiyi qıza görə dostunu öldürdü
Rusiyanın Volqoqrad vilayətinin Kalaç-na-Don bölgəsində qətl hadisəsi baş verib.
Bununla bağlı Volqoqrad İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin nümayəndəsi Vasili Qluxovməlumat verib.
Onun sözlərinə görə, iki dost işdən sonra içki qəbul edib və aralarında mübahisə düşüb:
“Azərbaycanlı öz dostuna sevgilisindən narazılığını bildirib. Bu zaman dostu həmin qızı təhqir edib və bildirib ki, qızların heç biri sadiq deyil. Bu zaman azərbaycanlı onunla mübahisəyə başlayıb və əlavə edib ki, onun sevgilisi belə deyil. Dostu isə həmin qızla intim əlaqədə olduğunu deyib.
Bu sözlərdən sonra qəzəblənən azərbaycanlı dostuna bıçaqla ölümcül zərbə vurub və bıçağı yuyaraq, sevdiyi qızın yanına gedib. Qız azərbaycanlını ona sadiq olduğuna və xəyanət etmədiyinə inandıra bilib. Bundan sonra binanın həyətindəki mağazaya daxil olan azərbaycanlı satıcıdan polis çağırmasını xahiş edib”, - V.Qluxov deyib.
Faktla bağlı araşdırmalar davam edir. Azərbaycanlını 15 ilədək həbs cəzası gözləyir.
//Oxu