AAAF Parkda azyaşlılara "saqqız", "konfet" adıyla narkotik vasitələr satılır - Video
    • 12-08-2021, 18:47
    • 692

AAAF Parkda azyaşlılara "saqqız", "konfet" adıyla narkotik vasitələr satılır - Video

Xırdalan şəhərində uşaqlara və gənclərə açıq şəkildə narkotik vasitələrin təklif edilməsi ilə bağlı yayılan videogörüntü və məlumat geniş müzakirələrə səbəb olub. Hadisənin AAAF Park yaşayış kompleksində baş verdiyi bildirilir. "Konfet, saqqız" adı ilə yeniyetmələrə narkotik vasitələr təklif edilib. Hətta uşaqları maşına mindirib ərazidən uzaqlaşdırmaq da istəyiblər. 

News24.az xəbər verir ki, bu təşviş doğuran məlumatı İTV Xəbər araşdırıb.

Həmin anın kamera görüntüləri paylaşıma əlavə edilsə də, bildirilir ki, 14-15 yaşlarında olan həmin uşaqların üzü kameraya düşməyib. İddiada uşaqların təlaşla valideynlərinə zəng edərək məsələni onların diqqətinə çatdırdığı vurğulanır.

Sözügedən reportajı təqdim edirik: