AAAF Parkda dülgərin üzərinə divar aşdı, vəziyyəti ağırdır
    • 26-08-2020, 14:17
    • 498

AAAF Parkda dülgərin üzərinə divar aşdı, vəziyyəti ağırdır

AAAF Park Yaşayış Kompleksində bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, bir neçə saat öncə AAAF Parkın A kompleksində bina 8-də çalışan dülgərin üzərinə divar aşıb. Divarda olan pəncərənin şüşələri onun bədəninə xəsarət yetirib.

Vəziyyəti ağır olan usta təcili yardımla xəstəxanaya çatdırılıb. /qafqazinfo/