Türkiyədə qəzaya düşən amfibiya təyyarəsinin qara qutusu Rusiyada açılacaq
    • 16-08-2021, 12:10
    • 291

Türkiyədə qəzaya düşən amfibiya təyyarəsinin qara qutusu Rusiyada açılacaq

Türkiyədə yanğın söndürən zaman qəzaya uğayan təyyarənin qara qutusu Rusiyada açılacaq.

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, prosesdə türkiyəli mütəxəssislər də iştirak edəcək. 

3 hissəyə ayrılan qara qutu ötən gün Kahramanmaraşa gələn, general-mayor və hərbi attaşe də daxil olmaqla 10 nəfərlik Rusiya hərbi qəza cinayət komitəsinin araşdırmalarından sonra Rusiyaya aparılıb.

Qeyd edək ki, şənbə günü Kahramanmaraşdakı yanğını söndürmək üçün Adanadan havaya qalxan təyyarə naməlum səbəbdən qəzaya uğrayıb.