Xırdalanın bu küçəsində 20 gündür zibil dağa dönüb - YENİLƏNDİ - FOTO
    • 16-08-2021, 14:22
    • 646

Xırdalanın bu küçəsində 20 gündür zibil dağa dönüb - YENİLƏNDİ - FOTO

Xırdalan şəhəri Mehdi Hüseyn küçəsinin sakinləri məişət tullantılarının mütəmadi olaraq daşınmadığından şikayətçi olublar.

News24.az məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. 

Qurumun mətbuat katibi Seymur Qasımbəyli bildirib ki, həmin ərazi MTK-ya aiddir. O, həmçinin qeyd edib ki, MTK binada yaşayan sakinlərin sayına uyğun daşıma şirkəti ilə müqavilə bağlamalıdır: "Bundan öncə MTK 500 nəfər sakin sayına uyğun olaraq 3 zibil yeşiyinin daşınması ilə bağlı şirkətlə müqavilə bağlayıb. Hazırda isə həmin ərazidə sakinlərin sayı 1000-ə çatıb. Buna görə də, MTK həmin müqaviləni yeniləməlidir. Çünki hazırkı zibil yeşiklərinin sayı mövcud müqavilə ilə tərs mütənasibdir. Amma buna baxmayaraq, rayon icra hakimiyyəti zibillərin daşınmasının şəhərin ümumi işi olduğu üçün bunu həyata keçirir. MTK da bundan istifadə edir.  Buna görə də, əhaliyə düzgün məlumat verilməlidir ki, MTK-dan müqavilənin yenilənməsini tələb etsin. Çünki sakinlərdən zibil pulunu onlar yığırlar. Buna görə də zibil yeşiklərinin sayını artırmaq MTK-nın üzərinə düşür.

O ki qaldı zibillərin 20 gün daşınmamasına, bu, mümkün deyil. Tullantılar daimi olaraq daşınır". 


***13:50

Xırdalan şəhəri Mehdi Hüseyn küçəsində antisanitar vəziyyət hökm sürür.

News24.az xəbər verir ki, sakinlərin sözlərinə görə, artıq 20 gündür ki, sözügedən küçədən məişət tullantıları daşınmır. 

Sözügedən görüntüləri təqdim edirik: