Mədət Quliyev Türkiyədə onunla görüşdü - Foto
    • 17-08-2021, 16:56
    • 310

Mədət Quliyev Türkiyədə onunla görüşdü - Foto

Türkiyədə keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demirlə görüşü olub.

Müdafiə Sənayesi Nazirliyindən News24.az-a verilən məlumata görə, görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.