-
- 18-08-2021, 09:20
- 368
64 nəfər toya buraxılmadı
Avqustun 17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 21 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-dən News24.az-a verilən məlumata görə, monitorinq 18 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 64 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.