Pakistan Əfqanıstanla ən böyük sərhəd keçid məntəqəsini açdı
    • 18-08-2021, 10:37
    • 430

Pakistan Əfqanıstanla ən böyük sərhəd keçid məntəqəsini açdı

Pakistan Əfqanıstanla sərhəddə Torham keçid məntəqəsini açıb.

News24.az xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb. 

Nəşrin yazdığına görə, sərhəd insanların və avtomobillərin hərəkəti üçün açılıb. Gömrük işçiləri bildiriblər ki, sərhəd açıldıqdan sonra 720-dən çox yük maşını Pakistan sərhəd keçidindən keçib.

Qeyd edək ki, Torham Əfqanıstanla Pakistan arasındakı əsas keçid məntəqəsi əsas sayılır. Keçid məntəqəsi bazar günü "Taliban"ın sərhəd obyektinə nəzarəti ələ keçirməsi və Əfqanıstan polisinin taliblərə təslim olmasından sonra sərhəd bağlanıb.