-
- 19-08-2021, 13:06
- 490
5 koronavirus xəstəsi küçədə saxlanıldı
Avqustun 18-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.