Yaxın 4 gündə paytaxtda temperatur yenidən 40 dərəcəyə qalxacaq
    • 19-08-2021, 17:19
    • 616

Yaxın 4 gündə paytaxtda temperatur yenidən 40 dərəcəyə qalxacaq

Yaxın 4 gündə Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, avqustun 23-ü axşamadək Bakıda və Abşeron yarımadasında bürkülü-isti hava şəraitinin davam edəcəyi, zəif cənub-şərq küləklərinin üstünlük təşkil edəcəyi, havanın maksimal temperaturunun 35-38°, bəzi yerlərdə 40°-yə yaxın olacağı gözlənilir.