"Sentyabrın 1-dən kafe, restoranlar..." - AÇIQLANDI
    • 20-08-2021, 11:24
    • 545

"Sentyabrın 1-dən kafe, restoranlar..." - AÇIQLANDI

"Sentyabrın 1-dən kafe, restoran, iaşə obyektlərində COVID-19 pasportları yoxlanacaq. Bunun üçün biz xüsusi tətbiq hazırlamışıq. İşçilər üçün xüsusi təlimatlar hazırlamışıq. Mobil tətbiqə xüsusi proqram yükləndikdən sonra vətəndaşların COVID pasportu yoxlanılacaq. Bu, QR kod və ya şəxsiyyət vəsiqəsinin FİN kodu vasitəsilə həyata keçiriləcək".

News24.az-ın məlumatına görə, bu fikirləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Agentliyin sədri bildirib ki, icazələri yoxlayan şəxslər üçün İcazə.gov.az saytında təlimatlar hazırlanıb: "Sadə bir mexanizmdir".