Ötən sutka 108 yanğına çıxış olub, 6 nəfər xilas edilib - FHN
    • 20-08-2021, 12:15
    • 526

Ötən sutka 108 yanğına çıxış olub, 6 nəfər xilas edilib - FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

News24.az FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 108 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 6 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Yasamal və Sabunçu rayonlarında mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktları üzrə həyata keçirilən xilasetmə əməliyyatları zamanı müvafiq olaraq 1945-ci il təvəllüdlü Nikuşina Qalina Alekseyevnanın və 1953-cü il təvəllüdlü Aqafanov Aleksandr Fyodoroviçin meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.