-
- 20-08-2021, 12:18
- 395
"Əgər səyahət edilən ölkə PCR testi tələb edirsə, vətəndaş bu testi verməlidir"
"Əgər vətəndaşların səyahət etdikləri ölkə PCR testi tələb edirsə, vətəndaş bu testi verməlidir".
News24.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O qeyd edib ki, səyahətlər zamanı COVID testlərinin tələb olunması ölkələrin daxili qaydalarına əsasən tənzimlənir: "Əgər test tələbi yoxdursa, vətəndaşlar COVID passportları ilə hərəkət edə bilərlər".