Təyyarədən yıxılan əfqanların görüntüsü əks olunan köynəklər satışa çıxarıldı
    • 20-08-2021, 12:50
    • 267

Təyyarədən yıxılan əfqanların görüntüsü əks olunan köynəklər satışa çıxarıldı

Talibandan qaçmaq istəyərkən metrlərlə yüksəklikdəki təyyarədən yıxılan əfqanların görüntüsü köynəklərin üzərində yapışdırılaraq satışa çıxarılıb.

News24.az xəbər verir ki, bu, sosial şəbəkədə etiraz doğurub. Hər kəsin ürəyini ağrıdan görüntülərin qazanc mənbəyinə çevrilməsi insanları hiddətləndirib. 

Sosial şəbəkə izləyiciləri köynəklərin alış-verişini həyata keçirən platformaya "Satışı dayandırın!" deyə sərt təpki veriblər.