Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlandı
    • 20-08-2021, 15:53
    • 427

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlandı

Qanunsuz meşə materiallarının axşam saatlarında “Mercedes-Benz” markalı avtomobillə Bakıya daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib.  

News24.az-ın məlumatına görə, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı “Mercedes-Benz” markalı 99-SH-688 dövlət nömrə nişanlı avtomobildə meşə materialının daşındığına şübhələr yarandığından Yol Patrul Xidmətinin əməkdaşlarına məlumat verilib. 

“Binəqədi rayonu ərazisində avtomobil saxlanılaraq yük yerinə baxış keçirilib. Baxış zamanı qanunsuz yolla əldə edilmiş 16  m3 həcmində işlik meşə materialı aşkar edilib. Hazırda faktla bağlı araşdırma aparılır”.