Pirallahıda evdən heroin, metamfetamin, çətənə toxumları aşkar edildi
    • 20-08-2021, 16:47
    • 463

Pirallahıda evdən heroin, metamfetamin, çətənə toxumları aşkar edildi

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 1987-ci il təvəllüdlü Adil Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. 

Davam etdirilən digər əməliyyat tədbirləri ilə onun yaşadığı ünvana baxış zamanı oradan heroin, metamfetamin, çətənə toxumları və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla əlaqədar Pirallahı RPŞ-də araşdırma aparılır.