Sabirabadda arvadını, qayınatasını qətlə yetirən kişi özünü də öldürdü
    • 21-08-2021, 09:42
    • 267

Sabirabadda arvadını, qayınatasını qətlə yetirən kişi özünü də öldürdü

Sabirabad rayonunda ailə faciəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində qeydə alınıb.

Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizami Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1936-cı il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu qətlə yetirib və daha sonra özünü öldürüb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır. /APA/