Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır
    • 21-08-2021, 12:40
    • 535

Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

Potensial təklükə növünə aid edilən 2016 AJ193 asteroidi bu gün Yer kürəsinə yaxınlaşacaq.

Bu barədə məlumatı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) yayıb. 

Məlumata əsasən, asteroid bu gün yerli vaxtla 19:10-da Yür kürəsinə təqribən 3,4 milyon kilometr məsafədə yaxınlaşacaq. 

NASA həmçinin qeyd edib ki, asteroidin sürəti saniyədə 26 kilometrdir və ölçüləri 400-dən 1300 metr təşkil edir. /Qafqazinfo.az/