Moskvada ermənilərlə özbəklər arasında kütləvi dava - Saxlanılanlar var
    • 21-08-2021, 13:47
    • 635

Moskvada ermənilərlə özbəklər arasında kütləvi dava - Saxlanılanlar var

Moskva şəhərində erməni və özbək miqrantlar arasında kütəvi dava olub.

Dava “Nekrasovka” metro stansiyası yaxınlığında tikinti sahəsində baş verib. 

Məlumata əsasən, davada təqribən 20 nəfər iştirak edib və onlar tikinti sahəsində işləyən miqrantlar olub.

Qeyd olunur ki, Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları davada iştirak etməkdə təqsirli bilinən 7 Özbəkistan və 2 Ermənistan vətəndaşını saxlayıb. 

Hazırda davanın səbəbləri araşdırılır. Dava zamanı xəsarət alanların olması ilə bağlı hələ açıqlama verilməyib. /Qafqazinfo/