Vaksin olunanların sayı açıqlandı
    • 21-08-2021, 16:23
    • 563

Vaksin olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 714 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50 291, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 423 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 110 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 667 494 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 442 691 təşkil edir.