Peyvənd olunanların sayı açıqlandı
    • 27-06-2021, 18:17
    • 825

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54 695 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 574, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28 121 nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 348 427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 138 684, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 209 743 təşkil edir.