Peyvənd olunanların sayı açıqlandı
    • 16-04-2021, 19:18
    • 647

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 542 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 034, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 508 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 299 323, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 859 338 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 439 985 təşkil edir.