-
- 22-08-2021, 11:57
- 341
17 sürücü barəsində inzibati protokol tərtib olundu - FOTOLAR
Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, rayonun müxtəlif yerlərində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.
Dayanma-durma qaydalarını kobud şəkildə pozan 17 sürücü barəsində inzibati protokollar tərtib olunub.