Saatlıda yanğın zamanı bir nəfər xəsarət aldı
    • 22-08-2021, 16:31
    • 329

Saatlıda yanğın zamanı bir nəfər xəsarət aldı

Saatlı rayonunun Qıraqlı kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 85 m² sahədə və çardağı yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.