Salyanda yanğın - Xəsarət alan var
    • 30-06-2021, 09:08
    • 364

Salyanda yanğın - Xəsarət alan var

Salyan rayonunun Arbatan kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.