Azərbaycan rəsmiləri Kremli əsəbiləşdirməməyə qərar veriblər - ŞƏRH
    • 23-08-2021, 10:55
    • 619

Azərbaycan rəsmiləri Kremli əsəbiləşdirməməyə qərar veriblər - ŞƏRH

“Azərbaycan avqustun 23-də Kiyevdə işə başlayacaq “Krım platfoması”nda iştirak etməyəcək. Kreml “Krım plaformasının” qatı əleydarı kimi orada iştirak edənlərlə natiqləri hədəf alacaq”.

Bunu News24.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Azərbaycan rəsmiləri “Krım platformasında” iştirak etməməklə Kremli əsəbiləşdirməməyə qərar veriblər: “Halbuki, Azərbaycanda Rusiyanın siyasətindən və rusiyalı hərbçilərin Qarabağdakı fəaliyyətindən razı qalan tapılmaz. “Krım platfofmasını” görməzlikdən gəldiyimizə görə rusiyalı hərbçilərin Qarabağa erməni separatçıları ilə qucaqlaşmadan əl çəkəcəklərini və Kremlin Ermənistanı silahlandırmadan vaz keçəcəyini gözləməyə dəyməz”.

Siyasət şöbəsi