Yeni QƏRAR: Məktəblərdə “Zəfər tarixi” tədris olunacaq
    • 23-08-2021, 19:07
    • 617

Yeni QƏRAR: Məktəblərdə “Zəfər tarixi” tədris olunacaq

Bütün ümumi təhsil müəssisələrinin IX siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 saat dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursu tədris ediləcək.

News24.az xəbər verir ki, bu, ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində əksini tapıb.

Qeyd olunub ki, tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.