Bakıda şagirdlər həftədə 2 dəfə, rayonlarda isə 3 dəfə məktəbə gedəcək - RƏSMİ
    • 7-09-2020, 17:24
    • 749

Bakıda şagirdlər həftədə 2 dəfə, rayonlarda isə 3 dəfə məktəbə gedəcək - RƏSMİ

Ümumtəhsil məktəbləri üçün 2020-2021-ci dərs ilinə aid əsas və uyğunlaşdırılmış tədris planları, “Tədris planlarına dair qeydlər” Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilib. 

Təhsil Nazirliyindən News24.az-a verilən məlkumata görə, əmrə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani formada həftədə 2 dəfə, digər şəhər və rayonların ümumi təhsil müəssisələrinin fəaliyyəti isə əyani formada həftədə 3 dəfə tətbiq edilməklə uyğunlaşdırılmış tədris planlarına uyğun təşkil olunacaq.