Vaksin olunan təhsil işçilərinin sayı açıqlandı
    • 24-08-2021, 12:24
    • 416

Vaksin olunan təhsil işçilərinin sayı açıqlandı

Təhsil nazirinin müşaviri Rüstəm Ağayev vaksinasiya üzrə lider olan təhsil şöbələrini açıqlayıb.

News24.az xəbər verir ki, R.Ağayev Hər iki doza üzrə vaksinasiyada Qazax, Yardımlı, Astara, Neftçala, Gəncə, Zərdab təhsil şöbələrinin liderdir olduğunu bildirib. 

Nazir müşaviri həmçinin ümumi təhsil müəssisələrində işçilərdən 137 min nəfərin hər iki dozada vaksinasiya olunduğunu vurğulayıb: “Birinci doza vurduran təhsil işçiləri 162 min nəfərdir. Ali təhsil üzrə 33 min heyət sayından hər iki dozanı 16 min, birinci dozanı 20 min adam vurdurub. Peşə təhsili üzrə isə 4400 adam vaksinasiyadan keçib”.