-
- 24-08-2021, 12:41
- 447
"Peyvəndlə ürək damar xəstəliyi və beyin insultları arasında heç bir əlaqə yoxdur" - Rəşad Mahmudov
"Təqribən 15 gün bundan öncə 89 min konkret koronavirus xəstəsi və eləcə də o rəqəmə yaxın peyvəndlənmiş insanlar üzərində İsveçrədə aparılmış tədqiqatın nəticələri onu göstərdi ki, peyvəndlə ürək damar xəstəliyinin arasında risklərin artırılması eləcə də ürək damar sistemindən əlavə olaraq ikinci ən çox əlilliyə və ölümə səbəb olan beyin insultları arasında heç bir əlaqə tapılmadı".
News24.az xəbər verir ki, bu sözləri ürək-damar cərrahı, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. O bildirib ki, var plan hadisələrin plasebo, yəni heç bunlara məruz qalmayan normal xəstələr arasında rəqəmlərdən fərqli olmadığı ortaya qoyuldu. Bununla yanaşı tədqiqatın ikinci ayağında birmənalı olaraq göstərildi ki, koronavirusa yoluxaraq xəstəxanay orta ağır dərəcədə düşən xəstələrin ilk iki həftə içərisində ürək damar xəstəliyinə tutulma həyatı təhlükə təşkil eliyən problemlərlə üz üzə qalma və insuıt keçirtməyə ehtimalı 680 faiz yəni 6,8 dəfə artmaqdadır".