Fransa komandası neçə milyon gəlir götürdü?
    • 16-07-2018, 10:55
    • 1 089

Fransa komandası neçə milyon gəlir götürdü?

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının final oyununu hər kəs böyük həyəcanla izlədi. Final oyununda meydana çıxmış Fransa- Xorvatiya komandalarının görüşü 4:2 hesabı ilə baş çatdı. Fransa millisi 20 il sonra yenidən  dünya çempionu adını qazana bildi.

FİFA-nın mükafat fondu 400 milyon dollar təşkil edirdi. Bəs qaliblər nə qədər qazandı?

News24.az xəbər verir ki, Fransa bu qalibiyyətə görə FİFA-dan 38 milyon dollar alıb. Xorvatiya 28, Belçika 24 və IV yeri tutmuş İngiltərə millisi 22 milyon dollar qazanıb.

İlhamə