Azərbaycanda uşaqların boy və çəkisinə dair yeni norma müəyyənləşdi
    • 25-08-2021, 16:14
    • 349

Azərbaycanda uşaqların boy və çəkisinə dair yeni norma müəyyənləşdi

“Azərbaycanda 20 minə yaxın uşaq arasında boy-çəki normaları ilə bağlı tədqiqat aparılıb. Tədqiqat sırf azərbaycanlı uşaqları əhatə edib”.

News24.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımında Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

Baş pediatr bildirib ki, artıq hər kəs öz uşağının boy və çəkisinin normaya uyğun olub-olmadığını müəyyənləşdirə biləcək: “Bir insanın boyu və çəkisi üçün genetika da çox vacib amildir. Artıq Azərbaycanda 5 il ərzində bir tədqiqat aparılıb. 20 minə yaxın uşağın boy və çəkisi ölçülüb. Uşaqların boy, çəki və baş dairəsinin ölçüsü norması artıq əlimizdə var. Tədqiqat nəticəsində yeni normalar qəbul olunub. Mən bu sənədi Səhiyyə Nazirliyinə göndərəcəyəm. Səhiyyə Nazirliyinin saytında yerləşdiriləndən sonra hər kəs bu sənədlə tanış ola biləcək”.