Bakıda qətl: Qadın kirayədə qaldığı evdə öldürüldü
    • 15-11-2018, 11:20
    • 1 108

Bakıda qətl: Qadın kirayədə qaldığı evdə öldürüldü

Bakıda qadın yaşadığı mənzildə qətlə yetirilib.

Yasamal rayonu ərazisində 1967-ci il təvəllüdlü İradə Mütəllimovanın kirayədə qaldığı evdə meyiti tapılıb.

Araşdırma zamanı onun küt alətlə başına zərbələr endirilərək qətlə yetirildiyi müəyyən olunub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət iş başlanıb. İ.Mütəllimovanı qətlə yetirən şəxsin axtarışları davam etdirilir.


//report.az