-
- 27-08-2021, 08:46
- 434
Microsoft bulud xidmətində problem aşkarlandı
Tədqiqatçılar dünyanın ən böyük şirkətlərinin istifadə etdiyi "Microsoft"un bulud xidmətində geniş miqyaslı boşluq aşkar ediblər.
News24.az xəbər verir ki, "Wiz"-in açıqlamada şirkət təhqiqatçılarının "Microsoft Azure" bulud platformasının minlərlə istifadəçisinin hesablarına və məlumat bazalarına məhdudiyyətsiz giriş əldə edə bildikləri bildirilib.
"Microsoft"dan verilən açıqlamada isə problemin aradan qalxdığı və şirkətlərin məlumatlarının oğurlanmadığı açıqlanıb.