"Microsoft" bu proqramından İMTİNA EDİR
    • 19-08-2020, 12:14
    • 663

"Microsoft" bu proqramından İMTİNA EDİR

"Microsoft" şirkəti "Internet Explorer" brauzerindən imtina edir. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkəti rəsmi bloqunda məlumat verilib. Bildiirlib ki, brauzerdən imtina tədricən baş verəcək.

İlk növbədə proqram "Microsoft 365" xidmətləri ilə sinxronlaşmanı dayandıracaq.

Qeyd edilib ki, mart ayından etibarən "Microsoft Edge Legacy"-dən ayrılması səbəbindən "Internet Explorer" istifadə təhlükəsizliyi azalıb. Avqust ayında brauzer dəstəyi tamamilə dayanacaq.

Şirkət nümayəndələri istifadəçilərə şirkətə etimad etdikləri üçün təşəkkür etdilər və istifadəçilərin yeni "Microsoft Edge" brauzerindən məmnun qalacaqlarına ümid etdiklərini bildirdilər.