Ötən ay fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 1,69 milyon olub
    • 27-08-2021, 09:42
    • 340

Ötən ay fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 1,69 milyon olub

2021-ci ilin iyul ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı  7.071 vahid və ya 0,4 faiz artaraq, 1,69 milyon vahid təşkil edib. 

Bu barədə News24.az-a Dövlət Sosial Müdafiə Fondündan məlumat verilib.

Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 860 vahid, fiziki şəxslər üzrə 5.820 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 391 vahid artıb