-
- 27-08-2021, 10:07
- 361
Qazaxıstanda hərbi hissədəki partlayışa görə müdafiə naziri istefa vermək istəyir
Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev Jambıl bölgəsindəki hərbi hissənin anbarında baş verən yanğın və sonrakı sursat partlayışlarından sonra istefa verməyə hazırdır.
News24.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, nazirin istefasına ölkə rəhbəri qərar verəcək: "Nurlan Yermekbayev üçün partlayışların nəticələrini aradan qaldırmaq indi vacib məsələdir. Bundan sonra istefa ərizəsi yazmağa hazırdır".
Qeyd edək ki, Qazaxıstanın Jambıl bölgəsindəki hərbi hissənin anbarında baş verən yanğın və partlayış zamanı 5 nəfər ölüb, 90 nəfər isə xəsarət alıb.