Şuşan Stepanyan istefa verib - YENİLƏNİB
    • 20-11-2020, 17:09
    • 758

Şuşan Stepanyan istefa verib - YENİLƏNİB

Ermənistan Müdafiə Nazirliyi mətbuat katibi Şuşan Stepanyan istefa ərizəsi yazıb.

News24.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Ş.Stepanyan Azərbaycanın Hadrut rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunda Azərbaycan hərbçiləri tərəfindən məhv edilən Şagen Stepanyanın qızıdır.

12:32

Ermənistan müdafiə nazirinin istefasından sonra qurumun mətbuat katibi Şuşan Stepanyan da istefa verəcək.

News24.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.

Həmçinin bildirilib ki, müdafiə naziri David Tonoyanın istefa qərarı ona məxsus deyil.