Əhaliyə xəbərdarlıq: Sabahdan başlayaraq...
    • 27-08-2021, 10:48
    • 423

Əhaliyə xəbərdarlıq: Sabahdan başlayaraq...

Ölkədə son günlər koronavirus pandemiyasına yoluxanların sayı artdığı üçün vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə Bakıda kompleks tədbirlər həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində sabah, avqustun 28-i səhər saatlarından başlayaraq şəhərin mərkəzində, eləcə də qəsəbələrdə küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.