Ötən sutka 6 nəfər xilas edilib - FHN
    • 27-08-2021, 10:58
    • 292

Ötən sutka 6 nəfər xilas edilib - FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

News24.az FHN-ə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər, o cümlədən Bakı şəhərinin Səbail rayonunda intihara cəhd edən 1 nəfər xilas olunub.

Həmçinin, Sumqayıt şəhərində dənizdə batan 2011-ci il təvəllüdlü Qələndərli Hüseyn İzmir oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.