11 nəfər aktiv COVID xəstəsi ictimai yerlərdə saxlanıldı, 4 nəfərə cinayət işi açıldı
    • 27-08-2021, 11:40
    • 257

11 nəfər aktiv COVID xəstəsi ictimai yerlərdə saxlanıldı, 4 nəfərə cinayət işi açıldı

Avqustun 26-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.