Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
    • 17-05-2024, 12:26
    • 174

Azərbaycanda polis qəzada vəfat etdi - FOTO

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Toyota Prado” markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb.

News24.az Oxu.az-a istinadən xəbər verir ki, qəzada aldığı xəsarətlərdən vəfat edən 1986-cı il təvəllüdlü Ramil Nurəddin oğlu Əsgərov Hacıqabul Rayon Post-Patrul (PPX) Xidmətinin rəisi olub.

Faktla bağlı araşdırma aparılır.

Vəfat edən polisin görüntüsünü təqdim edirik: