Faytonçu Nazim ilk solo konserti haqda - "Darıxmışam, Bakıdan danış" - FOTOLAR - VİDEO
    • 15-11-2018, 12:59
    • 1 669

Faytonçu Nazim ilk solo konserti haqda - "Darıxmışam, Bakıdan danış" - FOTOLAR - VİDEO

Faytonçu Nazim noyabrin 29-da Heydər Əliyev Sarayında keçiriləcək "Darıxmışam, Bakıdan danış” adlı konserti ilə bağlı mətbuat konfransı keçirib.

News24.Az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində media nümayəndələri ilə görüş keçirən ifaçı konsertə gələnlərin müxtəlif səpkili və rəngarəng proqramla qarşılaşacağını bildirib: “İkinci həyatımı yaşayıram, həm də 50 illik yubileyimdir. Gecənin "Darıxmışam, Bakıdan danış” adlanmasının da bir mənası var. Türkiyədə müalicədə olarkən Bakı üçün darıxırdım. Təəssüf ki, orada Azərbaycan televiziyaları göstərmirdi, yalnız internet vasitəsi ilə xalq mahnılarımızı dinləmə imkanım olurdu. Vətənə dönər dönməz isə belə bir konsert proqramı ilə çıxış etmək qərarına gəldim”.

"Düşünürəm ki, konsert tamaşaçılara böyük zövq verəcək. Bu mənim müğənni kimi ilk solo konsertimdir. Buna görə də çox fərqli bir repertuar hazırlamışıq. Konsertə qatılan qonaqlar sözün əsl mənasında istirahət edəcək. Gecənin sürpriz qonağı isə Ísrailin taninmish müğənnisi Liora olacaq” - deyə, açıqlama verib.

Qeyd edək ki, konsertin rejissoru Aqil M. Quliyev, aparıcısı Kamran Həsənli olacaq. Konsertin biletlərin qiyməti 10-80 manat arası dəyişir.

News24.Az