-
- 28-08-2021, 18:37
- 513
Ermənistan ordusunun mayoru həbs olundu
Ermənistanda 44 günlük müharibə dövründə fəaliyyətsizliyinə görə artilleriyaçı zabit həbs olunub.
News24.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, həbs edilən zabit mayor rütbəsi daşıyıb və artilleriya diviziyasına cavabdeh olub.
O, şəxsi maraqlarına və öz həyatını xilas etməyə görə fəaliyyətsizlik göstərməkdə təqsirli bilinib.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Qeyd edilib ki, mayorun fəaliyyətsizliyinin nəticələri ağır olub.