Zelenski və Baydenin görüş tarixi dəyişdirildi
    • 30-08-2021, 12:16
    • 516

Zelenski və Baydenin görüş tarixi dəyişdirildi

Ukrayna prezidenti Vladimir Zelenskinin amerikalı həmkarı Co Baydenlə görüşü 1 sentyabr tarixində baş tutacaq.

News24.az xəbər verir ki, bu barədə Zelenskinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Ukrayna prezidenti bu gün ABŞ-a yola düşəcək. 

Qeyd edək ki, Vladimir Zelenski və Co Baydenin görüşü 31 avqust tarixinə planlaşdırılmışdı.