Təhsil Nazirliyi: “Valideynlərdən xahiş edirik ki, RƏSMİ MƏLUMATLARA inansınlar”
    • 30-08-2021, 16:08
    • 917

Təhsil Nazirliyi: “Valideynlərdən xahiş edirik ki, RƏSMİ MƏLUMATLARA inansınlar”

Son günlər valideynlər arasında sentyabr ayından təlim-tədrisin bərpa ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Məlumatda qeyd olunur ki, dərslər müxtəlif vaxtlarda və fərqli formalarda başlayacaq.

Məsələni aydınlaşdırmaq üçün Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxladıq.

O, News24.az-a açıqlamasında valideynləri rəsmi informasiyalara inanmağa səsləyib: “Kimsə öz evində oturub ağzına gələn məlumatları yayırsa, buna inanmaq nə dərəcə doğrudur? Biz məlumatları operativ şəkildə həm birifinq, həm press-reliz, həm də müsahibələrlə ictimaiyyətə çatdırırıq. Bu məlumatlar yalnız Təhsil Nazirliyinə istinad olunan zaman həqiqət olur”.