-
- 31-08-2021, 11:49
- 7 502
"Plastik əməliyyatlarımın sayını itirmişəm" - Əməkdar artist - FOTO
"Plastik əməliyyatlarımın sayını itirmişəm. Mən başqaları kimi demirəm ki, anadangəlmə dünya gözəli idim".
News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova MTV Azərbaycanda yayımlanan "Ziq-zaq" verilişində deyib. Müğənni söhbət əsnasında etdirdiyi plastik əməliyyatlardan danışıb: "Üzümdə təkcə burun əməliyyatı etdirmişəm, amma eyni zamanda ana olmuşam, iki övlad dünyaya gətirmişəm. Səhnə adamıyam, nə cür olmalı idi? Mən şişirtməklə yox, kəsib-doğramaqla dəyişirəm. (gülür) Artıq bir şey varsa, gözümə görünürsə, onu kəsib yox edirəm. Bu mənim daxilimdir, oynanılası bir şey yoxdur".