Bu gün Azərbaycanda 120 minə yaxın şəxs vaksin olunub
    • 31-08-2021, 17:28
    • 327

Bu gün Azərbaycanda 120 minə yaxın şəxs vaksin olunub

Bu gün Azərbaycanda koronavirus əleyhinə 116 709 vaksin vurulub.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.


Birinci mərhələdə peyvənd olunanların sayı 69 972, ikinci mərhələ üzrə 46 737 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 6 805 740, birinci mərhələ üzrə vaksin olunanların sayı 4 113 716, ikinci mərhələ üzrə isə 2 692 024 nəfər təşkil edir.