16 yaşlı oğlan dedi-qoduya görə dostunu güllələdi – FOTO
    • 12-05-2024, 20:30
    • 995

16 yaşlı oğlan dedi-qoduya görə dostunu güllələdi – FOTO


İstanbulda 16 yaşlı oğlan qeybət etdiyini iddia edərək dostunu tapança ilə ayağından vurub.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, hadisədən sonra yeniyetmənin qaçdığı anlar kameraya əks olunub.

Daha sonra həmin yeniyetmə polislər tərəfindən yaxalanaraq həbs edilib.

Faktla bağlı araşdırmalar davam edir.