Vəli Qasımov: "AFFA-ya minnətdarlığımı bildirirəm"
    • 15-11-2018, 18:35
    • 1 363

Vəli Qasımov: "AFFA-ya minnətdarlığımı bildirirəm"

"Mənə dəstək olduqları üçün AFFA-ya minnətdarlığımı bildirirəm. Gözəl gün yaratdıq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında futbol veteranı Vəli Qasımov 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunundansonra deyib. O, Rusiya, Portuqaliya və İspaniyadan gələn dostlarına da təşəkkürünü bildirib. 
V.Qasımov UEFA Avropa Liqasının final matçının səfiri olduğu üçün çox şad olduğunu vurğulayıb: "Avropa Liqasının finalının Bakıda keçirilməsi çox yaxşı haldır. Fəxr edirəm ki, buranın səfiriyəm".